Türkiyənin Hərbi Dəniz Qüvvələrinin komandanı Azərbaycana gəlib

Bu gün Türkiyənin Hərbi Dəniz Qüvvələrinin komandanı Azərbaycana səfərə gəlib

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Türkiyənin Hərbi Dəniz Qüvvələri komandanı, donanma admiralı Bülent Bostanoğlu Azərbaycana səfəri çərçivəsində Müdafiə Nazirliyində görüşü planlaşdırılır.

Admiral B.Bostanoğlunun rəhbərlik etdiyi nümayəndə heyətinin Hərbi Dəniz Qüvvələri Komandanlığı, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi ilə tanışlığı da nəzərdə tutulub.
Səfər aprelin 14-dək davam edəcək. 
KATEQORIYA:
Bu xəbəri paylaş