Türkiyənin hərbi rəhbərliyi Azərbaycana dəstəyini ifadə etdi

Türkiyə və Azərbaycanın Müdafiə nazirləri cəbhədə yaranmış vəziyyəti müzakirə ediblər

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri İsmet Yılmaz və Baş Qərargah rəisi ordu generalı Hulusi Akar ilə Azərbaycanın işğal olunmuş ərazilərində baş vermiş hadisələri və burada yaranmış vəziyyəti telefon vasitəsilə müzakirə ediblər.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyindən məlumat verilib.

Danışıqlar zamanı Türkiyə tərəfi Azərbaycanın tam haqlı mövqedə olduğunu bir daha vurğulayıb və Azərbaycana dəstək olduğunu qətiyyətlə ifadə edib.

KATEQORIYA:
Bu xəbəri paylaş