Türkiyənin ilk reaktiv mühərrikli yüksək sürətli uçan hədəf sistemi test edilib

Türkiyənin TAİ şirkəti tərəfindən hazırlanan reaktiv mühərrikli yüksək sürətli uçan hədəf sistemi test edilib.

“AzeriDefence” “Savunma ve teknoloji” saytına istinadən məlumat verir ki, “TAİ-nin Sesi” jurnalının 103-cü sayında yer alan xəbərdə Türkiyənin ilk reaktiv mühərrikli yüksək sürətli uçan hədəf sisteminin testlərinin uğurla tamamlandığı yazılıb.

Bildirilib ki, Şimşək proqramı çərçivəsində tamamilə yerli olaraq yaradılan uçan hədəf sistemində milli sənaye məhsulları istifadə edilib.

Hava hücumundan müdafiə qüvvələrinin təlim ehtiyaclarını qarşılamaq üçün yaradılan “Şimşək” uçan hədəf sistemi TAİ tərəfindən istehsal olunan Türkiyənin ilk yerli reaktiv mühərriki TJ90 ilə təchiz olunub.

“Şimşək” uçan hədəf sistemindən hava hücumundan müdafiə komplekslərinin test və təsdiq olunmasında istifadə edilməsi nəzərdə tutulub.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş