Türkiyənin Jandarma Baş Komandanı Azərbaycana gəlib

Türkiyənin Jandarma Baş Komandanı, ordu generalı Yaşar Gürelin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

“AzeriDefence”nin məlumatına görə, səfər bu gün başlayıb. Səfər çərçivəsində ordu generalı Y.Gürelin daxili işlər naziri general-polkovnik Ramil Usubov, müdafiə naziri general-polkovnik Zakir Həsənov və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevlə görüşləri olacaq.

Səfər çərçivəsində ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə olunacaq. Türkiyəli generalın həmçinin Daxili Qoşunların hərbi hissələrinə səfəri planlaşdırılır.

 

KATEQORIYA:
Bu xəbəri paylaş