Türkiyənin Jandarma Qüvvələrinin komandanı Azərbaycana gəlir – YENİLƏNİB

Türkiyənin Jandarma Qüvvələrinin komandanı, ordu generalı Qalip Mendi Azərbaycana rəsmi səfərə gələcək.

“AzeriDefence”nin məlumatına görə, “Report”un hərbi mənbələrdən əldə etdiyi xəbərdə bildirilib ki, komandanın səfəri mayın 3-də baş tutacaq.

Səfər zamanı Q. Mendi Azərbaycanın hərbi qurumlarında görüşlər keçirəcək və iki ölkə arasında hərbi sahədə əməkdaşlığın perspektivlərini müzakirə edəcək.

“AzeriDefence”nin əldə etdiyi xəbərdə isə bildirilib ki, Q. Mendinin Azərbaycanda rəsmi görüşləri mayın 4-dən başlanacaq və mayın 6-dək davam edəcək.

Səfər zamanı ordu generalı Azərbaycanın Müdafiə Nazirliyində, Dövlət Sərhəd Xidmətində, Daxili Qoşunlarda görüşləri nəzərdə tutulub.

O, həmçinin Daxili Qoşunların hərbi hissəsində də olacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş