Türkiyənin MDS şirkəti Qətər xüsusi təyinatlıları üçün təlim mərkəzi inşa edəcək

Qətərin paytaxtı Dohada keçirilən DİMDEX-2018 sərgisində Türkiyənin “MDS Defense Technologies & Construction” şirkəti ilə Qətər Dəniz Xüsusi Təyinatlı Qüvvələri arasında təlim mərkəzinin açar təhvili prinsipi üzrə inşasına dair müqavilə imzalanıb.

Bu barədə “AzeriDefence”yə “MDS Defense Technologies & Construction” şirkətinin ortağı, “Koza İnşaat” şirkətinin sahibi İzzət Özgümüş məlumat verib.

Qətərin Zəkraat bölgəsində yerləşəcək “BUROQ Special Marine Operations” Təlim Mərkəzinin inşasına dair müqaviləni Qətər Xüsusi Təyinatlı Qüvvələrinin komandanı general-leytenant Hamad Abdulla Əl Mari ilə MDS şirkətinin İdarə Heyətinin sərdi İlyas Ayvacı imzalayıb.

Mərkəz eyni zamanda 200 hərbçinin təlim ehtiyaclarını tam şəkildə qarşılayacaq şəkildə dizayn edilib. 130 hektar ərazidə yerləşəcək mərkəzdə idarəetmə binaları, 50 metrlik qapalı atış poliqonu və simulyasiya mərkəzi, çoxməqsədli təlim mərkəzi, Yaşayış Məntəqələrində əməliyyatlları imitasiya edən təlim sahəsi, bomba zərərsizləşdirmə sahəsi, anti-terror və yanğın təlimləri keçmək üçün hazırlanmış karqo gəmisi, qapalı idman salonu, pentathlon təlim sahəsi, zodiak qayıqlar üçün liman, 200 nəfərliq kazarma, 50 nəfərlik zabit y8ataqxanası, yeməkxana, silah və sursat anbarları inşa ediləcək. Təlim mərkəzinin binaları bir birinə inteqrə edilmiş və mərkəzi əməliyyatlara uyğun şəkildə texnologiyalarla təchiz ediləcək.

Qeyd edək ki, MDS şirkətinin ortağı olan “Koza İnşaat” Azərbaycanda müxtəlif təlim və simulyasiya mərkəzlərinin qurulması, həmçinin təchiz edilməsi layihələrini reallaşdırıb. Şirkətin ən böyük layihələri sırasında XDMX-nin poliqonu və hazırda üzərində işlər davam edən Müdafiə Nazirliyinin Qaraheybət Təlim Mərkəzi yer alır.

KATEQORIYA:
Bu xəbəri paylaş