Türkiyənin MİLDAR millimetrik dalğalı radar sistemi seriyalı istehsala hazırdır

“Meteksan Savunma” şirkəti Türkiyənin ilk yerli millimetrik dalğalı radar sistemi olan MİLDAR sisteminin testlərini tamamlayıb.

“Meteksan Savunma” şirkətindən “AzeriDefence”yə verilən məlumata görə, T-129 ATAK helikopterləri üzərində uçuş testlərini tamamlayan MİLDAR seriyalı istehsala hazırdır.

Millimetrik dalğa diapazonunda çalışan, helikopterə atış-kontrol və uçuş dəstəyi təmin edən MİLDAR hər cür hava şəraitində hədəflərin təsbitini və izlənməsini, o cümlədən helikopterin önündəki əngəllər barədə informasiyanın əldə olunmasını həyata keçirir.

Düşmənin qarşı tədbir sistemləri tərəfindən yaxalanma imkanı az olan radar kiçik qabaritə və yüngül çəkiyə malikdir. Sürətli şəkildə, 360 dərəcə ətrafda hədəflərin təsbitini həyata keçirən radarın əldə etdiyi hədəf informasiyaları ekran üzərindən pilota bildirir.

Eyni anda birdən çox hədəfə anqajman imkanı verərək helikopterin döyüş qabiliyyətini artırır. MİLDAR eyni zamanda ekran üzərində uçuşun həyata keçirildiyi ərazinin profilini yaradır.

Qeyd edək ki, Türkiyə Müdafiə Sənayesi Katibliyi ilə “Meteksan Savunma” şirkəti arasında MİLDAR sisteminin yaradılmasına dair müqavilə 2013-cü ildə imzalanıb.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş