Türkiyənin milli ATAK 2 döyüş helikopterinin ilk görüntüsü yayımlandı

Türkiyənin TAI şirkəti ATAK döyüş helikopterin yeni versiyasını hazırlayır.

“AzeriDefence” xəbər verir ki, TAI şirkətinin rəsmi internet səhifəsində ATAK 2 adı verilən yeni döyüş helikopterinin görüntüsü yayımlanıb.

Bildirilib ki, ATAK 2 Türkiyə Ordusunun silahlanmasında yer alan T129 ATAK döyüş helikopterində əldə olunan texnoloji bilgi və əməliyyat təcrübəsi nəticəsində tamamən yerli imkanlar hesabına hazırlanır.

Məlumatda o da qeyd olunub ki, T625 yüngül çoxməqsədli helikopterin hazırlanmasında tədbiq olunan detalların da istifadə olunduğu ATAK 2 artırılacaq faydalı yük, müasir avionika sistemləri və aşağı logistik maliyyə xərcləri ilə yüksək performansa sahib olacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş