Türkiyənin milli uzun mənzilli ZRK-ləri 2021-ci ildə hazır olacaq

Türkiyənin milli uzun mənzilli hava hücumundan müdafiə sistemi layihəsi üzrə müqavilə imzalanıb.

Bu barədə “AzeriDefence”yə ASELSAN şirkətindən məlumat verilib.

Yanvarın 15-də ASELSAN, ROKETSAN, TÜBİTAK SAGE şirkətlərinin iş ortaqlığı ilə Müdafiə Sənayesi Katibliyi (SSM) arasında milli uzun mənzilli hava hücumundan müdafiə sistemi layihəsi üzrə müqavilə imzalanıb.

Müqavilə çərçivəsində ASELSAN şirkətinin payı 869 013 861 lirə (279 257 600 avro) olub. Sazişə əsasən uzun mənzilli hava hücumundan müdafiə sistemi 2021-ci ildə sifarişçiyə təhvil veriləcək.

Qeyd edək ki, cari ilin əvvəlində Fransa-İtaliya ortaq şirkəti olan EUROSAM konsorsiumu ilə Türkiyənin ASELSAN və ROKETSAN şirkətləri arasında uzun mənzilli hava hücumundan müdafiə sistemi layihəsi üzrə əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilədə üzrə üç ölkənin birgə hazırlayacağı raket proqramının 2020-ci illərin ortalarına hazır olması, stels təyyarələr, PUA və raket hücumlarına qarşı müdafiə imkanlarının yüksəldilməsinə dair yanaşmalar yer alıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş