Türkiyənin MKE təşkilatı yeni özüyeriyən haubitsa hazırlayır – FOTO

Türkiyənin MKE təşkilatı T-155 “Panther” yedəkdə daşınan topun maşın üstü versiyasını hazırlayır.

Bu barədə “AzeriDefence”yə açıqlamasında İDEX-2017 sərgisində MKE yeni kompleksin maketini nümayiş etdirib.

MKE təşkilatının baş direktoru Əhməd Daşqının sözlərinə görə, MKE tərəfindən dizayn edilmiş yeni layihə üzrə “Panther” topları 6×6 təkər formuluna malik MAN markalı nəqliyyat vasitələrinin üzərinə qurulacaq. Bununla da topun daşınması prosesi sürətlənəcək və əlavə imkanlar qazandırılmış olacaqdır. İlk prototipin testlərinin il sonuna qədər başlanması planlaşdırılır.

MKE rəhbəri onu da qeyd edib ki, topun sursat ehtiyatı da eyni maşın üzərinə yüklənəcək və maşında 18 mərmi olacaq.

Şirkət İDEF-2017 sərgisinədə ilk prototipi təqdim etməyi planlaşdırır.

Top kompleksi saatda 80 km sürətlə hərəkət edə biləcək. Gediş ehtiyatı isə 600 km təşkil edəcək.

T-155 “Panther” topunun atış uzaqlığı 155 mm-lik MKE MOD 274 sursatları ilə 40 km təşkil edir.

KATEQORIYA:
Bu xəbəri paylaş