Türkiyə Quru Qoşunlarının komandanı Kəmaləddin Heydərovla görüşüb

Bu gün Azərbaycannın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Türkiyənin Quru Qoşunlarının komandanı, ordu generalı Salih Zəki Çolak ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, K. Heydərov ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlərdən, bu sahədə Türkiyənin müvafiq qurumları ilə əməkdaşlıqdan bəhs edib.

Ordu generalı Salih Zəki Çolak səmimi görüşə görə təşəkkürünü bildirib, rəhbərlik etdiyi Türkiyənin Quru Qoşunlarının aidiyyəti qurumlarının Azərbaycan Fövqəladə Hallar Nazirliyinin müvafiq təşkilatları ilə sıx əməkdaşlıqda maraqlı olduğunu söyləyib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdən sonra qonaq nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalının fəaliyyəti ilə tanış olub.

KATEQORIYA:
Bu xəbəri paylaş