Türkiyənin T625 helikopterinin yaradılma işləri davam edir

Türkiyənin TAI şirkəti tərəfindən istehsal olunan T625 yüngül çoxməqsədli helikopterin hazırlanma işləri davam edir.

“AzeriDefence” xəbər verir ki, TAI şirkəti rəsmi internet səhifəsində bəyan edib ki, 10 ton ağırlığında olacaq T625 helikopteri 20-dən artıq heyəti daşımaq qabiliyyətinə sahib olacaq.

Helikopterin maksimum sürəti 170 knot, uçuş uzaqlığı 1000 km təşkil edəcək.

Hərbi konfiqurasiyaya sahib olacaq T625 çoxməqsədli helikopterin əsasən axtarış-xilasetmə və dəniz əməliyyatlarına uyğun hazırlanması nəzərdə tutulub.

Yeni helikopter ayaq üstə dayanmaq üçün əlverişli geniş kabinə, əməliyyatlar üçün arxadan çıxış qapağı və davamlı enmə vasitələri ilə təchiz olunacağı nəzərə alınaraq hazırlanacaq.

Məlumatda o da qeyd olunub ki, helikopterin hazırlanmasında müasir texnologiya və uçuş sistemlərindən istifadə olunur.

KATEQORIYA:
Bu xəbəri paylaş