Türkiyənin AYESAŞ şirkəti NATO-nun Hava Hərəkətini İdarəetmə Sistemini quracaq

Türkiyənin AYESAŞ şirkəti NATO-nun Kommunikasiya və İnformasiya Agentliyinin (NATO Communications and Information (NCI) Agency) 11 ədəd ACCS (Hava Komanda Kontrol Sistemi) LOC1 Sabit Komanda Mərkəzlərinin Hava Hərəkətini İdarəetmə Sisteminin İnteqrasiyası işlərinin tədarükünə dair elan etdiyi tenderin qalibi olub.

“AzeriDefence”nin xəbərinə görə, AYESAŞ-ın yaydığı məlumatda tərəflər arasında işlərin həyata keçirilməsinə dair müqavilənin imzalandığı qeyd olunub.

AYESAŞ-ın yaydığı açıqlamada NATO-nun Hava Hərəkətinə Nəzarət Mərkəzləri ilə ACCS LOC1 Sabit Komanda Mərkəzlərinin bir biri ilə uyumlu xəbərləşmələrinin təmin olunması, fərqli əməliyyat tapşırıqlarının gerçəkləşdirilməsini təmin edən informasiyanın alınması, ACCS komanda mərkəzlərinin əməliyyat ehtiyaclarının qarşılanması və uçuş plan mesajlarının ATM mərkəzlərindən alınıb göndərilməsi funksiyalarını özündə cəmləşdirən Hava Hərəkətini İdarəəetmə Sistemi interfeysinin (proqram və təchizatı ilə) tədarükü, qurulması və inteqrasiyası işlərinə yönəlmiş kritik dizayn və sahənin araşdırılması fəaliyyətlərinin uğurla gerçəkləşdirildiyi qeyd olunub.

Layihə üzərə AYESAŞ eyni zamanda sistemin təlimləri, zəmanət və ilkin dəstək xidmətlərinə də cavabdeh olacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş