Türkiyənin Azərbaycandakı hərbi attaşesinin rütbəsi yüksəldildi

Türkiyənin Azərbaycandakı hərbi attaşesi Həsən Nevzat Taşdələrə general-leytenant hərbi rütbəsi verilib.

Bu barədə “AzeriDefence” Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat verib.

Bununla bağlı qərar Yüksək Hərbi Şuranın (YAŞ) keçirilən iclasında qəbul edilib.

Qeyd edək ki, Həsən Nevzat Taşdələr 2013-cü ilin avqustunda Azərbaycana hərbi attaşe vəzifəsinə təyin olunub.

Həsən Nevzat Taşdələr əvvəllər İğdırda yerləşən 5-ci sərhəd alayının komandiri olub.

KATEQORIYA:
Bu xəbəri paylaş