Türkiyənin Azərbaycandakı yeni hərbi attaşesi gələn həftədən vəzifəsinin icrasına başlayacaq

Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı yeni hərbi attaşesi, briqada generalı İhsan Başbozqurd vəzifəsinin icrasına gələn həftədən başlayacaq.

“AzeriDefence”nin əldə etdiyi məlumata görə, yeni hərbi attaşe bu günlərdə Bakıya gələcək. Artıq Azərbaycanda xidmət müddəti başa çatmış general-leytenant Hasan Nevzat Taşdələr isə qarşıdakə həftə təhvil-təslim prosesini başa çatdıraraq, yeni vəzifəsində fəaliyyətini davam etdirmək üçün Türkiyəyə dönəcək.

Qeyd edək ki, Yüksək Hərbi Şuranın avqustun əvvəlində keçirilmiş son iclasında Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi, briqada generalı H.N. Taşdələrə general-leytenant rütbəsi verilib. O, Türkiyə Silahlı Qüvvələrinin Hərbi Akademiyalar Komandanlığının qərargah rəisi təyin olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş