Türkiyənin “Bayraqdar” taktik PUA-ı istifadəyə hazır – FOTO

Türkiyənin Kale-Baykar şirkət ortaqlığı “Bayraqdar TB2” pilotsuz uçuş aparatının (PUA) testlərini tamamlayıb.

“AzeriDefence”nin məlumatına görə, şirkət internet saytında Keşan hərbi aerodromunda keçirilən testlərin yekunlaşdığını və PUA-ların təhvil verilməyə hazır olduğunu duyurub.

Kale-Baykar ortaqlığı tərəfindən hazırlanmış “Bayraqdar TB2” pilotsuz uçuş aparatı 24 saat havada qalmaqla yanaşı 27030 fut yüksəkliyə qalxıb və Türk aviasiya tarixində Ən uzun müddətli uçuşu gerçəkləşdirib.

KATEQORIYA:
Bu xəbəri paylaş