Türkiyənin daha bir hərbi şirkəti Azərbaycanda nümayəndəlik açdı – EKSKLÜZİV

Türkiyənin “Koza İnşaat ve Savunma Sanayi Ticaret” şirkətinin Azərbaycanda nümayəndəliyi açılıb. “AzeriDefence”nin əldə etdiyi eksklüziv məlumata görə, şirkət eyni adla yanvar ayının 25-də Azərbaycanda dövlət qeydiyyatına alınıb.

Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr. ev.1 ünvanında yerləşən şirkətin qanuni təmsilçisi İzzet Özgümüşdür.

Qeyd edək ki, “Koza İnşaat ve Savunma Sanayi Ticaret” şirkəti 1991-ci ildən fəaliyyət göstərir. ISO 9001:2008 keyfiyyət sertifikatına, TSE Keyfiyyət Sertifikatına malik firma Türkiyə, Rusiya, Türkmənistan və Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda bir sıra layihələrdə iştirak edib. Rusiya Xüsusi Mühafizə Xidmətinin Kremldəki atış sistemlərini qurub.

Şirkətin məhsulları və həyata keçirdiyi layihələr arasında piyada hədəf sistemləri, tank hədəf sistemləri, elektronik hədəflər, mobil atış poliqonları, balistik mərkəzlərin yaradılması və s. var.

2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən “Koza” şirkəti tərəfindən bu günədək həyata keçirilmiş layihələr arasında Daxili İşlər Nazirliyi və Xüsusi Dövlət Mühafizə Xidmətinin qapalı və açıq poliqonlarının, Müdafiə Sənayesi Nazirliyinin (MSN) atıcı silahların test edilməsi üçün balistik mərkəzin yaradılması, partlayıcı axtaran itlərlə təchizat (K9) və.s yer alır. Bundan başqa, şirkət Azərbaycanda – MSN-in müəssislərindən biri ilə atışlarda istifadə edillən müxtəlif hədəfləri istehsal edir.

KATEQORIYA:
Bu xəbəri paylaş