Türkiyənin FNSS şirkəti Yaxın Şərq regionundakı bir ölkədən 360 milyon dollarlıq modernizasiya sifarişi alıb

Türkiyənin FNSS Savunma Sistemleri A. Ş. şirkəti Yaxın Şərq regionundakı bir ölkə ilə M113 zirehli döyüş maşınlarının modernləşdirilməsinə dair 360 milyon ABŞ dolları dəyərində müqavilə imzalayıb. Bu barədə “AzeriDefence” FNSS şirkətinə istinadən məlumat verib.

Bununla FNSS ilə həmin ölkə arasında imzalanmış müqavilələrin sayı 6 olub. Müqavilə çərçivəsində istehsal ediləcək maşınlar dünyadakı digər modernləşdirilmiş M113 vasitələrindən öz performansı və təhlükəsizliyi baxımından daha müasir olacaq.

FNSS-in bu müqavilə ilə Yaxın Şərq ölkələrinə həyata keçirdiyi zirehli döyüş maşınları ixracatı 1 milyard dolları keçib.

KATEQORIYA:
Bu xəbəri paylaş