Türkiyənin “Hürkuş” iyunda fabrikdən çıxır

Türkiyənin TAI şirkəti tərəfindən yaradılmış başlanğıc və təməl təhsil təyyarəsi olan “Hürkuş” iyun ayından testlərə başlayır. “AzeriDefence”nin Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə TAI baş direktorunun müavini Özcan Ertəm bildirib.

Testlərdən sonra uçuşlara başlayacaq “Hürkuş” motorunun gücünə görə dünyanın ən güclü təlim təyyarəsi olacaq.

Uçuş və dayanıqlılıq testlərinin 1-1.5 il davam edəcəyini söyləyən Ö. Ertəmin sözlərinə görə, “Hürkuş” beynəlxalq testlərdən də keçəcək.

Ö. Ertəm deyib ki, Pratt&Whitney motoru ilə “Hürkuş” Braziliya istehsalı “Tucano” ilə eyni sinifdə yer alacaq. Türkiyə Silahlı Qüvvələrinin razılığından sonra təyyarə xaricə də ixrac olunacaq. Təyyarənin üzərinə silah qurulan modelinin istehsalı da nəzərdə tutulur.

KATEQORIYA:
Bu xəbəri paylaş