Türkiyənin ilk kəşfiyyat peyki Göktürk-2 orbitdə

Türkiyənin ilk kəşfiyyat peyki olan Göktürk-2 ötən gün Çindəki Jiuquan hava bazasından orbitə çıxarılıb. Bu barədə “AzeriDefence” Türkiyə mediasına istinadən məlumat verib.

Peykin buraxılmasına saat TSİ 18.12-də start verilib və yerdən 686 km yüksəklikdə mövqeyinə yerləşən peykdən ilk siqnal saat 19.39-da qəbul edilib.

TUŞAŞ və TÜBİTAK tərəfindən hazırlanmış Göktürk-2 Türkiyənin ilk yüksək dəqiqlikli kəşfiyyat peyki olacaq.

Göktürk-2 peyki 2.5 metr dəqiqliklə görüntü ala bilir. Çəkisi 400 kq təşkil edən peykin ömrü 5 il müəyyənləşdirilib. Peyk 3 ölçülü xəritələrin hazırlanmasında istifadə olunan stereo görüntü imkanlarını da təqdim edəcək. Peykdə TÜBİTAK UZAY tərəfindən hazırlanmış milli uçuş kompüteri və proqramları istifadə edilir.

KATEQORIYA:
Bu xəbəri paylaş