Türkiyənin “King Air”ləri mayın sonunadək terroçularla mübarizədə

ABŞ-dan icarəyə götürülmüş “King Air 350” tipli 5 ədəd pilotlu kəşfiyyat təyyarəsi may ayının sonlarınadək Türkiyədə istismara qəbul olunacaq. Bu barədə “AzeriDefence” Türkiyənin “Airport TV” telekanalına istinadən məlumat verib.

PKK terror təşkilatına qarşı əməliyyatlarda istifadə ediləcək təyyarələr Quru Qoşunlarının inventarında olacaq. Lazım gəldikdə digər təhlükəsizlik strukturları da bu təyyarələrin xidmətindən yararlana biləcəklər.

ABŞ-dan iki illiyə icarəyə götürülmüş bu təyyarələr ən son kəşfiyyat texnologiyaları ilə təchiz edilib.

Terroristin əlindəki silahın markasınadək təyin etmə imkanlarına malik olan “King Air 350” topladığı məlumatları şifrələnmiş şəkildə yer stansiyasına ötürür. Təyyarələr 10 km yüksəkliyədək qalxa bilir.

KATEQORIYA:
Bu xəbəri paylaş