Türkiyənin Quru Qoşunları komandanı Bakıya gəlib

Türkiyənin Quru Qoşunlarının komandanı, ordu generalı Hayri Kıvrıkoğlunun başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri başlayıb. “AzeriDefence”nin məlumatına görə, general Kıvrıkoğlu bu gün günorta saatlarında Bakıya gəlib.

Müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin dəvəti ilə gerçəkləşən səfər iyunun 8-dək davam edəcək.

Səfər çərçivəsində H. Kıvrıkoğlunun Azərbaycan Silahlı Qüvvələrinin rəhbərliyi, həmçinin dövlət və hökumət rəsmiləri ilə görüşləri planlaşdırılır. Görüşlərdə Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əməkdaşlığın perspektivləri müzakirə olunacaq.

Qeyd edək ki, iyunun 11-dən 13-dək Türkiyənin Jandarma Qüvvələrinin baş komandanı Bəkir Kalyoncunun başçılıq etdiyi nümayəndə heyəti də Azərbaycanda olacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş