Türkmənistan hərbi aviasiya parkını gücləndirir

Türkmənistan hərbi aviasiya parkını gücləndirir

Türkmənistan İtaliyanın “Leonardo” Korporasiyasına M-346 təlim-döyüş təyyarəsi və AW139 çoxməqsədli helikopter sifariş edib.

“AzeriDefence” xəbər verir ki, bu barədə İtaliya Xarici İşlər Nazirliyinin İtaliya Senatına 2019-cu ildə silah və hərbi texnikaların ixracı ilə bağlı illik hesabatında bildirilib.

Türkmənistan və İtaliya arasında imzalanmış müqavilənin dəyəri 446,1 milyon avro təşkil edir. Müqavilə çərçivəsində “Leonardo” şirkəti Türkmənistan Hərbi Hava Qüvvələrinə 6 ədəd M-346 “Master” təlim-döyüş təyyarəsi və 8 ədəd AW139 çoxməqsədli helikopter tədarük edəcək.

AW139 helikopterləri 2011-ci ildən Türkmənistan Silahlı Qüvvələri tərəfindən istifadə olunur. M-346 təyyarəsi isə istehsalçı tərəfindən sınaq və qiymətləndirmə üçün 2018-ci ildə Türkmənistana çatdırılıb. 2018-ci il mayın 3-də Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhamedov tərəfindən silahlı qüvvələrin “qəfil döyüş hazırlığı yoxlanışı” zamanı M-346 təyyarəsi “Məryəm-2” aerodromunda nümayiş etdirilib.

Qeyd edək ki, 2020-ci ilin fevral ayında Azərbaycan ilə İtaliya arasında da M-346 təyyarələrinin alınmasına dair sənəd imzalanıb.

KATEQORIYA:
Bu xəbəri paylaş