Türkmənistanın ordu və güc strukturları vahid silaha keçir

Türkmənistanın ordu və güc strukturları vahid silaha keçir

Türkmənistan Silahlı Qüvvələri və güc strukturlarının şəxsi heyətini tam şəkildə İtaliyanın “Beretta” şirkətinin istehsalı oln ARX-160 avtomatları ilə silahlandırmağı planlaşdırır.

“AzeriDefence”nin Türkmən mediasına istinadən verdiyi məlumata görə, rəsmi Aşqabad ordu və güc strukturlarının vahid silahı olaraq ARX-160 avtomatını qəbul edib. Növbəti illərdə İtaliyadan böyük partiyalarla ARX-160 avtomatlarının alınması nəzərdə tutulur. Tərəflər 2019-cu ilin sonlarında Aşqabadda “Beretta” şirkətinin iştirak payı ilə ARX-160 avtomatlarının istehsalını və təmirini həyata keçirəcək birgə müəssisənin yaradılmasına dair müzakirələrə də başlayıblar.

Proqram çərçivəsində 2025-ci ilədək Türkmənistan ordusu, Sərhəd Qoşunları, polis qüvvələri və digər qurumların silahlanmasından keçmiş Sovet/ Rusiya istehsalı olan “Kalaşnikov” avtomatlarının tam şəkildə çıxarılması nəzərdə tutulur. Bununla belə, ordu, sərhəd və polis qüvvələrinin xüsusi bölmələrinin silahlanmasında mövcud silah nümunələrindən məhdud sayda saxlanılacaq. Hazırda adıçəkilən bölmələrin silahlanmasında ARX-160 avtomatları ilə yanaşı İsrail istehsalı olan “Tavor”, Rusiya istehsalı olan AK-103 avtomatları da yer alır.

Ordunun vahid silaha keçidinin ikinci mərhələsində isə digər atıcı silahların (snayper tüfənglərin, qumbaraatan komplekslərinin, əl pulemyotlarının və s. ) dəyişdirilməsi planlaşdırılır. Bununla bağlı seçim prosesi davam edir.

Qeyd edək ki, Türkmənistan 2014-cü ildə “Beretta” şirkətindən (3.9 milyon avroluq) 1680 ədəd ARX-160A1/A2 avtomatı və bu silahlar üçün 2 milyondan artıq döyüş sursatı, 150 ədəd GLX-160 lüləaltı qumbaraatanı, 2018-ci ildə isə bir neçə min ədəd sayda ARX-160A3 avtomatı satın alıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş