Türkmənistan ABŞ-ın “Polaris” şirkətindən taktik nəqliyyat vasitələri alır – FOTO

Türkmənistanın Xüsusi Təyinatlı Qüvvələri “Polaris” nəqliyyat vasitələri ilə təchiz edilib

Türkmənistanın Xüsusi Təyinatlı Qüvvələri ABŞ-ın “Polaris” şirkəti ilə müxtəlif model yüngül taktik nəqliyyat vasitələrinin satın alınmasına dair müqavilə imzalayıb.

Bu barədə “AzeriDefence”yə “Polaris” şirkətinin mətbuat və ictimai əlaqələr mərkəzindən məlumat verilib.

Müqavilənin ümumi dəyəri açıqlanmasa da bunun bir neçə milyon dollar olduğu qeyd edilib.

Şirkətin beynəlxalq biznesin inkişafı üzrə direktoru Doug Malikowski bildirib ki, “Polaris”in təmin etdiyi vasitələr yüksək manevr qabiliyyətinə və yolxsuzluq şəraitində istifadəyə uyğundur. Bu texnikalar Xüsusi Təyinatlı Qüvvələrə məhdud və mürəkkəb mühitlərdə hərəkət etməyə imkan verir.

Artıq şirkətin Türkmənistana göndərdiyi texnikaların ilk partiyası oktyabr ayında Aşqabadda keçirilən hərbi paradda nümayiş olunub.

Şirkət Türkmənistanla yanaşı Orta Asiyada Əfqanıstan, Tacikistan, Cənub Şərqi Asiyada isə Filippin və Malayziyaya da hərbi maşınlar satışını həyata keçirdiyini açıqlayıb.

Türkmənistanın əldə etdiyi takktik maşınlar arasında yer alan “Dagor” havadan C-130 təyyarəsi, habelə CH-47 və Mi-26 helikopterinin daxilində və yedəyində nəql oluna bilir. Yüksək sürətə malik maşın dözümlüyü və manevr qabiliyyəti ilə seçilir.

“Polaris”in MRZR platforması heyətin sürətli şəkildə daşınması, yüklərin və yaralıların təxliyyəsi üçün nəzərdə tutulur. Hazırda bu texnika ABŞ və müttəfiq ölkələr tərəfindən Əfqanıstan daxil olmaqla bir çox yerlərdə istifadə edilir. Türkmənistan bu texnikalarla yanaşı, “Polaris”dən MV850 kvadrosikli də əldə edib.

 

HƏMÇİNİN BAX: BƏƏ-nin NİMR şirkəti Türkmənistanla hərbi maşınların ixracına dair müqavilə imzalayıb

KATEQORIYA:
Bu xəbəri paylaş