Türkmənistan Çindən aldığı NSG-127 snayper tüfəngini nümayiş etdirib
Türkmənistan Çindən aldığı NSG-127 indeksli snayper tüfəngini hərbi paradda nümayiş etdirib.
“AzeriDefence” xarici mətbuata istinadən xəbər verir ki, Türkmənistanın paytaxtı Aşqabadda müstəqillik günü münasibətilə keçirilən hərbi paradda, NSG-127 snayper tüfənginin hərbçilər tərəfindən nümayiş etdirilməsi diqqət mərkəzində olub.
NORİNCO şirkətinin istehsalı olan NSG-127 Çin ordusu xaricində istismarda olduğu ilk dəfə Türkmənistanda keçirilən hərbi parradda zirehli maşın üzərində təqdim olunub.
12.7×108 mm çaplı NSG-127 snayper tüfənginin çəkisi 13 kq, effektiv atış məsafəsi isə 1500 metrdir.
Qeyd edək ki, ötən il 2-5 iyun tarixlərində Astanada keçirilmiş KADEX-2016 sərgisində AZERİ DEFENCE jurnalına açıqlamasında Çin nümayəndəliyindən bildirilib ki, NSG-127 snayper tüfənglərinin Türkmənistana ixracı başlayıb və test atışları keçirilir.