Türkmənistan İsraildən “CombatGuard” zirehli avtomobilləri alıb

Türkmənistan İsraildən “CombatGuard” zirehli avtomobilləri alıb.

“AzeriDefence”nin “Türkmənistanın Qızıl Əsri” saytına istinadən verdiyi məlumata görə, bu ölkənin Silahlı Qüvvələrinin keçirdiyi “Vətən” əməliyyat taktiki təlimlərində yeni zirehli maşınlar nümayiş olunub.

Martın 30-da təlimi izləyən Türkmənistan prezidenti Qurbanqulı Berdiməhəmmədov İsrailin Israel Military Industries (IMI) şirkətinin istehsalı olan “CombatGuard” maşını ilə tanış olub, sükan arxasına əyləşərək avtomobili idarə edib.

“CombatGuard” 4×4 təkər formuluna sahibdir və 2014-cü ildən istehsal edilir. Maşının çəkisi 8 tondur. Yüksək qorumaya malik olduğu bildirilən bu maşınların zirehi ehtiyaca uyğun olaraq gücləndirilə bilər. Maşın “General Motors” şirkətinin 300 at gücündə “Cobra” dizel mühərriki ilə təchiz olunub və sürəti 150 km/saat təşkil edir.

“CombatGuard” maşını distans döyüş modulu ilə silahlandırılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş