Türkmənistan Çindən aldığı HHM sistemini nümayiş etdirdi

Türkmənistan Çindən aldığı FD2000 hava hücümundan müdafiə kompleksindən atışlar həyata keçirib.

“AzeriDefence”nin “Türkmənistanın qızıl əsri” saytına istinadən verdiyi məlumatına görə, bu yaxınlarda Türkmənistan Ordusunun keçirdiyi hərbi əməliyyatlar zamanı Çinin FD2000 hava hücümundan müdafiə kompleksi görüntülənib.

Ehtimal olunur ki, bu kompleksin alqı-satqısı ötən il həyata keçirilib. Belə hesab olunur ki, Türkmənistan Rusiyadan nəzərdə tutulduğu kimi S-300 komplekslərinin alınmasından imtina edib.

Qeyd edək ki, bir neçə il əvvəl Türkmənistanın Rusiyadan S-300 zenit-raket komplekslərinin alacağına dair məlumat verilmişdi.

KATEQORIYA:
Bu xəbəri paylaş