Türkmənistan Belarusdan PUA alır

Belarus Türkmənistanda pilotsuz uçuş aparatlarının istehsalını yaratmağı planlaşdırır. “AzeriDefence”nin BELTA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

Lukaşenkonun sözlərinə görə, hazırda Türkmənistana PUA-ların çatdırılması üzrə işlər aparılır. Eyni zamanda Belarus Milli Elmlər Akademiyası tərəfindən hazırlanmış çoxfunksiyalı PUA-ların Türkmənistanda birgə istehsalının qurulması istiqamətində danışıqlar gedir.

KATEQORIYA:
Bu xəbəri paylaş