Türkmənistan İtaliyadan gəmi əleyhinə raketlər alır

Türkmənistan “MBDA İtaly” şirkətindən “Otomat” və “Marte Mk 2/N” gəmi əleyhinə raketlər alır.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə “Janes International Defence Review” jurnalı məlumat yayıb.

Şirkət “Tetris” layihəsi çərçivəsində bu sifarişçiyə “Otomat Mk 2” (ehtimal ki, Block IV modifikasiyaları) gəmi əleyhinə raket kompleksləri, “Marte Mk 2/N” yüngül gəmi əleyhinə raket kompleksləri və SIMBAD-RC yüngül zenit raket kompleksləri çatdıracaq.

Nəşrin məlumatlarına görə, bütün bu raket kompleksləri Yeni Tip Gözətçi Gəmisi (NTPB) layihəli 400 tonluq gözətçi katerlərin silahlanmasına daxil ediləcək. Hansı ki, bu gəmilər Türkiyənin “Dearsan Shipyard” şirkəti tərəfindən Türkmənnistanda istehsal edilir.

Mütəxəssislərin hesablamalarına görə, Türkmənistanın NTPB layihəli hər kateri 4 “Otomat Mk 2” buraxıcı konteyneri və ya 8 “Marte Mk 2/N” buraxıcı konteyneri, habelə hər birinin üzərində 4 raket olan 2 ədəd SİMBAD-RC zenit-raket kompleksi daşıyacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş