Türkmənistan son 7 ildə dənizdə silahlanmaya 818 milyon dollar xərcləyib

Türkmənistan 2005-2012-ci illərdə hərbi dəniz texnikalarının alınmasına 818 milyon dollar vəsait xərcləyib. “AzeriDefence”nin məlumatına görə, Dünya Silah Ticarəti Analizi Mərkəzi apardığı tədqiqatlarda bu qənaətə gəlib.

Bunun 207 mln. dolları 2008-ci ilin, 101 mln. dolları 2010-cu ilin, 300 mln dolları 2011—ci ilin, 210 mln. dolları isə 2012-ci iln payına düşüb. Türkmənistan hərbi dəniz texnikasının alınmasına ayırdığı vəsaitin həcminə görə, dünya üzrə 21- ci yerdə qərarlaşıb.

Türkmənistanın 2013-2016-cı illər üzrə sifariş paketi 528 mln. dollar təşkil edir.

KATEQORIYA:
Bu xəbəri paylaş