“Turksat”ı orbitə ruslar çıxaracaq
Türkiyənin “Turksat 4B” peyki Rusiyanın kosmodromundan orbitə buraxılacaq.
“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, “Turksat 4B” Rusiyanın uzaq şərq hissəsində – Amur vilayətində yeni istifadəyə verilən “Vostoçnıy” kosmodromundan “Proton-M” raketdaşıyıcı tərəfindən orbitə aparılacaq.
Qeyd edək ki, daha əvvəl peykin orbitə Qazaxıstanda yerləşən, lakin Rusiyanın istifadəsində olan “Baykonur”dan orbitə buraxılacağına dair razılaşma əldə olunmuşdu.
“Vostoçnıy” kosmodromu isə 2015-ci ilin iyunun 15-də istifadəyə verilib.