TUSAŞ gələn il T625 helikopterin seriyalı istehsalına başlayacaq

TUSAŞ gələn il T625 helikopterin seriyalı istehsalına başlayacaq

Türkiyənin TUSAŞ (Türk Havacılık ve Uzay Sanayi) şirkəti 2021-ci ildə T625 “Gökbəy” yüngül çoxməqsədli helikopterin seriyalı istehsalına başlayacaq.

Bu barədə “AzeriDefence”yə TUSAŞ şirkətindən məlumat verilib. İxracat üçün də nəzərdə tutulan T625 helikopterin hər ay iki ədəd tədarükü planlaşdırırlır.

TUSAŞ mütəxəssislərinin sözlərinə görə, helikopterin sınaqları və sertifikatlaşdırma işləri Aviasiya Təhlükəsizliyi üzrə Avropa Agentliyi (EASA) ilə birlikdə aparılır. Bununla T625 helikopteri “Hürkuş” təyyarəsindən sonra Türkiyədə EASA sertifikatına sahib ikinci aviasiya vasitəsi olacaq.

Bundan başqa, TUSAŞ şirkəti T625 helikopterinə TEI-nin Əskişəhər mərkəzində hazırladığı TS1400 mühərrikini quraşdıracaq.

T625 “Gökbəy” çoxməqsədli helikopterin sınaqlarının bu il ərzində başlanılması gözlənilir. Yerli mühərrikin sınaqları və sertifikasiya prosesi isə 2021-ci ildə həyata keçiriləcək.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş