TUSAŞ-ın “Aksunqur” PUA-ı 49 saat havada qalma rekordu vurub – VİDEO

Türkiyənin TUSAŞ (“Türk Havacılık ve Uzay Sanayi”) şirkəti tərəfindən istehsal edilən “Aksunqur” pilotsuz uçuş aparatının (PUA) növbəti uçuş sınaqları keçirilib.

Azeri Defence saytının məlumatına görə, bu barədə TUSAŞ şirkətinin rəsmi sosial media hesabında deyilib.

Bildirilib ki, “Aksunqur” pilotsuz uçuş aparatının 59-cu sınaq uçuşları uğurla tamamlanıb. Sınaqlar çərçivəsində PUA 49 saat havada qalıb və 20 000 fut yüksəklikdə Türkiyənin aypara və ulduzlu bayrağını göy üzünə çəkib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş