TUSAŞ modernizasiya etdiyi ilk T38 təyyarəsini Türk Hava Qüvvələrinə təhvil verdi – FOTO

TUSAŞ tərəfindən modernizasiya olunmuş T-38A reaktiv təyyarələri bu gün Twrkiy’ Hava Qüvvələri Komandanlığına təhvil verilib. Bu barədə “AzeriDefence”yə TUSAŞ şirkətindən məlumat verilib.
ARI proqramı çərçivəsində T-38A təyyarələrinin aviyonik modernizasiyasına dair müqavilə Müdafiə Sənayesi Katibliyi ilə TUSAŞ arasında imzalanıb. Proqramın tamamı Türkiyədə TUSAŞ zavodlarında, türk mühəndisləri, texnikləri və uçuş heyəti tərəfindən hərbi standartlara və son texnologiyalara uyğun olaraq inkişaf etdirilib.

Məlumatda qeyd olunub ki, testləri müvəffəqiyyətlə tamamlayan təyyarələrə T-38M adı verilib və uçuşa uyğunluğu təsdiqlənib.
TUSAŞ müəssisələrində gerçəkləşdirilmiş tədbirdə ilk təyyarə təqdim olunub. Proqram çərçivəsində 55 ədəd T-38A təyyarəsinin sistemi başda ASELSAN şirkəti tərəfindən istehsal edilən kompyuterlər də daxil olmaqla, yeni nəsil ağıllı elektronik cihazlarla əvəzlənəcək. Bu yenilənmə zamanı hər bir təyyarədə ayrılıqda 10 km yeni kabel istifadə olunacaq.

Modernizasiya ilə 2020-ci ilin sonuna qədər Hava Qüvvələrinin inventarında qalması planlaşdırılan T-38M təyyarələrinin uçuş əmniyyəti artırılacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş