TUSAŞ ən 100 ən böyük hərbi şirkət arasında 83-cü oldu

Türkiyənin Aviasiya və Kosmik Sənaye (TUSAŞ) şirkəti Defense News dərgisinin yayımladığı Defense News Top 100 siyahısında yer alıb. Bu barədə “AzeriDefence” TUSAŞ şirkətinin saytına istinadən məlumat verib.

Dünyanın 100 böyük müdafiə şirkəti arasında ilk dəfə yer alan TUSAŞ 2011-ci ilin nəticələrinə görə, 83-cü sırada qərarlaşıb. TUSAŞ siyahıda yer alan ikinci Türk şirkətidir.

Defense News dərgisi tərəfindən hər il yayımlanan Defense News Top 100 dünyanın ən prestijli müdafiə şirkətlərinin siyahısı olaraq qəbul edilir.

KATEQORIYA:
Bu xəbəri paylaş