TUSAŞ növbəti “Anka” PUA-nı sifarişçiyə təhvil verib

TUSAŞ növbəti “Anka” PUA-nı sifarişçiyə təhvil verib

Türkiyənin TUSAŞ (“Türk Havacılık ve Uzay Sanayi”) şirkəti tərəfindən istehsal edilən “Anka” pilotsuz uçuş aparatının tədarükü davam edir.

TUSAŞ şirkətindən Azeri Defence saytına verilən məlumata görə, Türkiyənin Hərbi Dəniz Qüvvələrinə “Anka” PUA-nın yeni partiyasının tədarükü tamamlanıb.

Operativ PUA tədarük layihəsi çərçivəsində qəbul sınaqlarını uğurla tamamlayan 4-cü “Anka” PUA yeni qabiliyyətləri ilə HDQ-ə çatdırılıb.

“Anka” PUA mənzili artırılmış SARPER +, SAR / ISAR / dəniz axtarış radarı ilə təchiz edilib. Bununla “Anka” PUA dəniz səthi və quruda hədəfləri uzaqdan təsbit edir və aşkarlayır, o cümlədən hərəkət edən hədəfləri təsbit edir və izləyir.

Habelə “Anka” PUA-lara inteqrasiya edilmiş AIS avtomatik identifikasiya sistemi sayəsində bütün radar, görüntü və avtomatik identifikasiya sistemi kəşfiyyatı məlumatları komanda mərkəzlərinə ötürülə bilir.

Məlumatda o da qeyd olunub ki, Hərbi Dəniz Qüvvələrinə təhvil verilən 4 ədəd “Anka” PUA Türkiyənin Şərqi Aralıq dənizindən Şimal Egeyə qədər bütün dəniz sərhədlərində kəşfiyyat və nəzarət missiyalarında istifadə olunur.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş