TUSAŞ şirkəti “Anka-2” PUA-nın seriyalı istehsalına başlayıb

TUSAŞ şirkəti “Anka-2” PUA-nın seriyalı istehsalına başlayıb

Türkiyənin TUSAŞ şirkətinin “Anka-S” taktik PUA-nın bazasında hazırladığı “Anka-2” – “Aksunqur” pilotsuz uçuş aparatının (PUA) seriyalı istehsalı başlayıb.

“Azeri Defence”nin məlumatına görə, bu barədə TUSAŞ şirkətinin baş direktoru Təməl Kotil bildirib.

Təməl Kotil qeyd edib ki, böyük yükgötürmə qabiliyyətinə, gecə və gündüz kəşfiyyat, nəzarət və hücum tapşırıqlarını yetirmək imkanına sahib olan “Anka-2” PUA 48 saat havada qala bilir.

“Anka-2” müasir elektro-optik, infraqırmızı, SAR və SIGINT faydalı yükləri, habelə “hava-yer” silahları ilə təchiz edilməsi planlaşdırılır. Hər biri 170 at gücündə iki ədəd PD-170 turbodizel mühərriklə təchiz edilmiş PUA-nın uçuş tavanı 12100 metr təşkil edir.

“Anka-2” PUA-nın qanad açıqlığı 24 metr, çəkisi 3300 kiloqramdır. PUA-nın hər bir qanadının altında 150, 300 və 500 kq ağırlığında döyüş sursatını daşımaq üçün 3 asqı mövcuddur. Tam avtonom əməliyyat imkanlarına sahib olan “Anka-2” ikili avtomatlaşdırılmış uçuş-nəzarət sisteminə, şifrələnmiş rəqəmsal ötürmə kanalına, buzlaşmaya qarşı qoruma sisteminə sahibdir. SATCOM idarəetmə “Anka-S” kimi “Anka-2” PUA-nı uzaq məsafədən idarə edilməsinə imkan verəcək və döyüş radiusunu artıracaq.

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş