TUSAŞ T625 “Gökbəy” çoxməqsədli helikopterin silahlı versiyasını hazırlayır

TUSAŞ T625 “Gökbəy” çoxməqsədli helikopterin silahlı versiyasını hazırlayır

Türkiyənin TUSAŞ (Türk Havacılık ve Uzay Sanayi) şirkəti T625 “Gökbəy” yüngül çoxməqsədli helikopterin silahlı versiyasını hazırlayır.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir “Habertürk” televiziyasına müsahibəsində deyib.

İsmail Dəmir “Gökbəy” helikopterinin silahlı konfiqurasiyasının hazırlanması ilə bağlı işlərin TUSAŞ-ın öz imkanları hesabına davam etdiyini bildirib.

Qeyd edək ki, “Gökbəy” çox məqsədli helikopterinin 2021-ci ildəki sınaqları tamamlandıqdan sonra seriyalı istehsalına başlanacaq.

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş