TUSAŞ T629 helikopterin təqdimatını keçirib

TUSAŞ T629 helikopterin təqdimatını keçirib

Türkiyənin TUSAŞ şirkəti tərəfindən hazırlanan T629 helikopteri ilk dəfə nümayiş etdirilib.

“AzeriDefence”nin “C4defence”ə istinadən verdiyi xəbərə görə, Kosmik Sisitemlərə İnteqrasiya və Test Mərkəzində T629 helikopterinin təqdimatı keçirilib.

TUSAŞ şirkətinin baş direktoru Təməl Kotil bildirib ki, T629 helikopteri T129 ATAK və T625 “Gökbəy” helikopterlərindən əldə edilən təcrübə əsasında yaradılıb.

Yerli imkanlar hesabına hazırlanan yeni T629 helikopterin çəkisi 6 ton təşkil edir. Helikopterin ilk uçuşunun 2020-ci ilin sonlarında keçirilməsi planlaşdırılır.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş