TUSAŞ Türkiyə Ordusuna “Karqo” PUA-lar tədarük edəcək

TUSAŞ Türkiyə Ordusuna “Karqo” PUA-lar tədarük edəcək

Türkiyənin Müdafiə Sənayesi Komitəsi (SSB) və TUSAŞ şirkəti arasında vertikal qalxma və enmə (VTOL) xüsusiyyətlərinə malik “Karqo” adlı PUA-nın istehsalına dair müqavilə imzalanıb.

“AzeriDefence” xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Dəmir sosial media hesabında deyib.

İsmail Dəmir “Anadolu Ajansı”na açıqlamasında bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin əməliyyat sahəsindəki logistika ehtiyaclarının qarşılanmasında karqo tipli “Karqo” PUA-lardan istifadə olunacaq.

““Karqo” PUA sisteminin 2021-ci ildə seriyalı istehsalına başlanılması planlaşdırılıb. 50 kq faydalı yük daşyacaq “Karqo” PUA 1 saat havada qalmaq imkanına malikdir. PUA xüsusən dağlıq ərazilərdə istər qapalı yük bölməsində, istərsə də asqıda yük daşıyaraq hərbçilərə ehtiyacı olan logistik dəstəyi təmin edəcəkdir”, – deyə İsmail Dəmir vurğulayıb.

Bildirilib ki, “Karqo” PUA sayəsində sahədə təhlükəsizlik qüvvələrinin ehtiyac duyacağı silahlar, döyüş sursatları, tibbi avadanlıqlar, təchizat kimi ehtiyaclar çətin hava şəraitində belə, qısa müddətdə və etibarlı şəkildə çatdırıla bilər.

SSB sədri onu da bəyan edib ki, hazırda 150 kiloqram faydalı yük daşımaq qabiliyyətinə sahib “Karqo” PUA layihəsinin üzərində işlər gedir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş