TUSAŞ yeni təyyarə, helikopter və PUA-nı İDEF-də sərgiləyəcək

Türkiyənin TUSAŞ şirkəti yeni məhsullarını IDEF-2017 sərgisində nümayiş etdirməyə hazırlaşır.

Bu barədə “AzeriDefence”yə şirkətin mətbuat xidmətindən məlumat verilib.

Sərgidə TUSAŞ şirkəti T129 ATAK döyüş helikopteri ilə yanaşı, ilk dəfə özünün milli T625 helikopterini, silahlı “Hürkuş-C2 təyyarəsini və silahlandırılmış “Anka” piltosuz uçuş aparatını nümayiş etdirəcək.

T625 helikopteri ən ağır iqlim şərtləri və məkanda, yüksək hündürlük və temperaturda, gecə və gündüz şərtlərində səmərəli şəkildə fəaliyyət göstərir. T625-in yüksək performansı və geniş spektri sayəsində, daxili istifadəçilərin ehtiyacını qarşılamaqla yanaşı, beynəlxalq bazarlarda da sürətlə yer alması gözlənilir.

Türkiyə Hərbi Hava Qüvvələrinin 2030-cu ildən etibarən mərhələli olaraq istifadədən çıxarılması düşünülən F-16 təyyarələrinin yerini ala biləcək müasir döyüş təyyarəsinin də TUSAŞ tərəfindən istehsalı qarşıya qoyulub. Bununla da Türkiyə dünyada ABŞ, Rusiya və Çindən sonra 5-ci nəsil təyyarə istehsal edən və yüksək texnologiyaya malik 4-ci ölkə olacaq.

Hücum və silahlı kəşfiyyat vəzifələrinin, aşağı xərc və yüksək həssaslıqla həyata keçirmək üçün yaradılmış “Hürkuş-C” təyyarəsi yaxın hava dəstəyi, hücum, kəşfiyyat müşahidə missiyaları üçün nəzərdə tutulub. “Hürkuş-C” təyyarəsinin havada qalma müddətini artırmaq üçün xarici yanacaq depoları var.

Yerdən gələn hücumların qarşısını almaq üçün radioelektron mübarizə sistemləri inteqrasiya edilmiş, daxili yanacaq depoları ilə özünü təmin etmə qabiliyyətinə malik olan “Hürkuş-C” təyyarəsinin korpusunun müxtəlif sahələri yüngül silahlara qarşı zireh ilə qorunur.

Testləri tamamlanmış “Anka-S” PUA isə ROKETSAN istehsalı olan  MAM-L, “Cirit” və lazer başlıqlı UMTAS sursatlarından istifadə edir. Artıq PUA-ya MAM-L raketlərinin inteqrasiyası tamamlanıb və atış testləri uğurla həyata keçirilib.

 

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş