“Type-X” insansız maşını CPWS II döyüş modulu ilə silahlandırılıb

“Type-X” insansız maşını CPWS II döyüş modulu ilə silahlandırılıb

“Milrem Robotics” şirkəti tərəfindən istehsal edilən insansız “Type-X” zirehli maşını CPWS II döyüş modulu ilə nümayiş etdirilib.

Bu barədə “AzeriDefence” “Armyrecognition”a istinadən məlumat verib.

Uzaqdan idarə olunan CPWS II (Cockerill Protected Weapons Station Gen. II) döyüş modulu “John Cockerill Defence” şirkətinin istehsalıdır.

CPWS II moduluna 25 mm-lik M242 “Bushmaster” topu və ya 30 mm-lik top quraşdırıla bilər.

Tırtıllı “Type-X” zirehli döyüş maşını helikopterlə rahat daşınması və paraşütlə buraxılması üçün 12 ton çəkidə hazırlanıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş