Təyyarə və helikopterlər Bakı səmasında – FOTO

Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri və helikopterləri bu gün Bakı səmasında hərbi parada hazırlıq məqsədi ilə təlim uçuşları keçirib. “AzeriDefence”nin xəbərinə görə, təyyarə və helikopterlər Bakı buxtasından – “Azadlıq” meydanı üzərindən keçməklə uçublar.

Uçuşlarda HHQ-nin MiG-29, Su-25 və L-39 təyyarələri, Mi-17, Mi-24G, Dövlət Sərhəd Xidmətinin Mi-35 və Fövqəladə Hallar Nazirliyinin Ka-32 helikopterləri iştirak edib.

Təyyarələr səmada rəngli tüstü ilə Azərbaycan bayrağını çəkiblər.
Hərbi aviasiyanın son təlim uçuşu iyunun 14-də keçiriləcək. Parad günü hərbi aviasiyanın möhtəşəm aviaşousu olacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş