Üç hərbi qulluqçuya “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib

Üç hərbi qulluqçuya “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib

Prezident İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında Sərəncam imzalayıb.

“Azeri Defence” Prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, Sərəncama əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə Silahlı Qüvvələrin aşağıdakı hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib:

Həşimov Polad İsrayıl oğlu – general-mayor (ölümündən sonra)

Mirzəyev İlqar Anzor oğlu – polkovnik (ölümündən sonra)

Hüseynov İbad Mövsüm oğlu – ehtiyatda olan baş çavuş.

KATEQORIYA:
Bu xəbəri paylaş