Ucarda Qafqaz İslam Ordusunun əsgərlərinin məzarları aşkarlanıb-FOTO

Ucarda Qafqaz İslam Ordusunun əsgərlərinin məzarları aşkarlanıb-FOTO

Ucar rayonun Qaracallı kəndində 1918-ci ildə ərazidə bolşevik-daşnak qüvvələri ilə döyüşlərdə şəhid olmuş Osmanlı Ordusu əsgərlərinə aid iki məzar var.

Bu barədə “Azeri Defence”yə məlumat verən kənd sakinlərinin sözlərinə görə, Qafqaz İslam Ordusunun (QİO) əsgərlərinə aid olan məzarlar sovet dövründə də kənd sakinləri tərəfindən mühafizə olunaraq saxlanıb. Kənd sakinləri uzun illər məzar daşı kimi taxtadan istifadə etdikləri halda Türk şəhidlərinin məzarı üzərinə sal daşdan yonulmuş başdaşı qoyulub və məzarlar qorunub.

Azərbaycana yardıma gəlmiş Qafqaz İslam Ordusu əsgərlərinin 1918-ci ilin iyun-avqust aylarında – Müsüslü kəndi istiqamətində gedən döyüşlərdə şəhid olduğu güman edilir.

Kənd sakinləri müvafiq qurumlardan hər iki məzarın yerləşdiyi ərazilərin abadlaşdırılması və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün kömək gözləyirlər.

Qeyd edək ki, 1918-ci ilin iyun-avqust aylarında Müsüslü kəndi istiqamətində gedən gərgin döyüşlərdə həm Qafqaz İslam Ordusu, həm də Azərbaycan Ordusunun bölmələri düşmənə müqavimət göstərərək Gəncəyə doğru irəliləməsini dayandırıb. Döyüşlərdə düşmənin çox sayda canlı qüvvəsi məhv edilsə də QİO və Azərbaycan Ordusu da çoxlu şəhid verib.

KATEQORIYA:
Bu xəbəri paylaş