Ukrayna 19J6 radiolokasiya stansiyasını modernləşdirib

Ukrayna 19J6 radiolokasiya stansiyasını modernləşdirib

Ukraynanın “NVK İskra” dövlət müəssisəsi tərəfindən 19J6 radiolokasiya stansiyasında əsaslı təmir və modernləşdirmə işləri aparılıb.

Bu barədə “AzeriDefence”ə “Ukroboronprom” Dövlət Konserninin mətbuat mərkəzindən məlumat verilib.

Modernləşdirilmiş radiolokasiya stansiyasına 35D6M indeksi verilib.

“Əslində əsaslı təmir və təkmilləşdirmədən sonra yeni, müasir modelə çevrildi. Bu modernləşdirmə əhəmiyyətli bir ixrac potensialına malikdir və xarici tərəfdaşlar üçün də maraqlı ola bilər”, – deyə Konserndən bildirilib.

Stansiyanın təmiri və modernləşdirilməsi zamanı fiziki və mənəvi cəhətdən köhnəlmiş bütün bölmələr və komponentlər dəyişdirilib.

Tətbiq olunan müasir proqram həlləri hesabına modernləşdirilmiş stansiyanın məsafəsi, koordinatları müəyyənləşdirmə dəqiqliyi artırılıb. Dağlıq ərazilərdə işləyərkən saxta siqnalların səviyyəsini əhəmiyyətli dərəcədə azaldan cihazlar qurulub. Həmçinin radarın soyutma sistemi də təkmilləşdirilməklə istismar ömrü uzadılıb.

Radar əlavə olaraq uzaq məsafədən idarə etməyə imkan verəən dörd iş yeri ilə təchiz oluna bilər ki, bu da stansiyanı 300 metrə qədər məsafədə idarə etməyə imkan verir.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş