Ukrayna 37 ədəd BTR-4 zirehli maşını təkmilləşdirib

Ukrayna 37 ədəd BTR-4 zirehli maşını təkmilləşdirib

Xarkov Maşınqayırma və Konstruktor Bürosu tərəfindən modernizasiya edilən BTR-4E zirehli transportyorların növbəti partiyası Ukrayna Müdafiə Nazirliyinə təhvil verilib.

Bu barədə “AzeriDefence” “Ukroboronprom” Dövlət Konserninin mətbuat xidmətinə istinadən məlumat verib.

Tədarük edilən 4 ədəd BTR-4E zirehli maşını 2019-cu ilin dövlət müdafiə sifarişi əsasında təkmilləşdirilib. Müqvilə çərçivəsində ümumilikdə 45 ədəd BTR-4E zirehli maşının təkmilləşdirilməsi planlaşdırılıb. Bu günə qədər Xarkov Maşınqayırma və Konstruktor Bürosu tərəfindən 37 ədəd BTR-4E zirehli transportyor sifarişçiyə çatdırılıb. Bütün zirehli maşınlar “Mayak” Kiyev dövlət müəssisəsinin istehsalı olan KT-7.62 pulemyotları ilə təchiz edilib.

Qeyd edək ki, 8×8 təkər formuluna malik zirehli maşınlar ailəsinin yeni nümunəsi hesab edilən BTR-4E-ə quraşdırılan asma zireh dəsti heyətin müdafiəsini əhəmiyyətli dərəcədə yüksəltməyə imkan verir. Zireh əməliyyat tələblərinə uyğun olaraq, çöl şəraitində heç bir əlavə texnologiya tələb olunmadan, heyət tərəfindən qurula və ya sökülə bilər.Amfibik xüsusiyyətlərə və modulyar konstruksiyaya malik BTR-4E ümumi BTR-4 şassisi üzərində hazırlanıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş