Ukrayna 80K6KS1 radarının sınaqlarını keçirib

Ukrayna 80K6KS1 radarının sınaqlarını keçirib

Ukraynanın “Ukroboronprom” Dövlət Konserni 80K6 radiolokasiya stansiyasının (RLS) yeni versiyası olan 80K6KS1 üç koordinatlı RLS-ni hazırlayıb.

Bu barədə “AzeriDefence”ə “Ukroboronprom” Dövlət Konsernindən məlumat verilib.

RLS “İskra” Elmi İstehsalat Müəssisəsinin mütəxəssisləri tərəfindən yaradılıb və sələfindən fərqli olaraq Ukrayna istehsalı olan bir nəqliyyat vasitəsi üzərində yerləşir. 80K6KS1 RLS 80K6K1-dən fərqli olaraq döyüşə açılışına daha az vaxt tələb olunur.

Radar stansiyası həm Ukrayna Silahlı Qüvvələrinin, həm də xarici istehsal olan mövcud zenit-raket sistemləri ilə uyğundur. Mobil 80K6KS1 RLS-i hava hücumundan müdafiə qoşunlarının radiotexnika və zenit-raket bölmələri tərkibində istifadə üçün nəzərdə tutulur.

80K6KS1 radar stansiya hava hədəflərinin aşkarlanması, müşayiəti, hədəflərin işarələnməsi, sürətinin müəyyənləşdirilməsi kimi funksiyaları yerinə yetirir.

“İskra”nın direktoru Yuri Pasçenko bildirib ki, 80K6KS1 RLS prototipin ilkin sınaqları uğurla başa çatdırılıb. Sınaqlar zamanı radar stansiyası bütün taktiki və texniki xüsusiyyətlərini təsdiqləyib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş