Ukrayna An-178-in ilk nümunəsini təqdim edib

Ukraynanın “Antonov” şirkəti son model An-178 nəqliyyat təyyarəsi istifadəyə verib. “AzeriDefence” Ukrayna mediasına istinadən xəbər verir ki, istehsalına 2010-cu ildən başlanan An-178 özündən əvvəlki An-148 və An-158-in daha mükəmməl modeli hesab olunur.

An-178 təyyarəsi iki ədəd D-436-148FM mühərikə sahibdir. Təyyarənin mühərriki “Motor Siç” şirkətinə məxsusdur.

An-178 yükdaşıma qabiliyyəti 18 tondur. Təyyarənin rəsmi ilk uçuşu bu ilin mayı ayında reallaşdırılacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş